Portuqaliya milli komandası Avropa çempionu olmaqla maddi baxımdan xeyli qabağa düşüb.
Korner.az-ın məlumatına görə, AVRO-2016-nın qalibi çempionatın mükafat fondundan 25 milyon avroya sahib çıxıb.
Turnirin ümumi mükafat fondu 301 milyon avro təşkil edib. Bu məbləğin 24 iştirakçı yığma arasında bölüşdürülməsi nəzərdə tutulub. Bütün iştirakçılar bu mərhələyə gəlməklə artıq minimum 8 milyon avro qazanıblar. Qalan məbləğ isə nəticədən asılı olaraq artırılıb.
