big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Çempionluq mənə yaxşı pivə və xərçəng qonaqlığı, bir də əsəb qazandırdı”

12.09.2014 , 09:15

Sabiq menecer  “Araz Naxçıvan”dan Əsgər Abdullayevə görə ayrılıb

Əslində onunla çoxdan söhbətləşmək istəyirdik. Hələ “Araz Naxçıvan”la yolları ayırmasından bəri. Amma şəxsi işləri və yaradıcılığı ilə bağlı tez-tez xaricdə olduğundan görüşümüz mümkün olmurdu. “Araz Naxçıvan”ın sabiq meneceri, eyni zamanda kinorejissor Tahir Tahiroviçdən öyrənmək istədiyimiz çox şey vardı. Tahir bəyin klubun yaradılmasında yaxından iştirak etdiyini dəfələrlə yazmışdıq. “Araz Naxçıvan” üçün az iş görməyib, hətta, “Turan”dan ayrılandan sonra işsiz qalan Əsgər bəy də məhz onun vasitəçiliyi ilə baş məşqçi vəzifəsinə gətirilib. Sonradan necə olursa Tahiroviç klubdan müəmmalı şəkildə, qəfil ayrılır. Düzdü daha əvvəl bunun səbəbini özündən soruşanda, işlərinin çoxluğunu əsas gətirmişdi. Sonradan öyrəndik ki, sən demə Əsgər bəylə münasibətləri pozulub və mütəxəssis də onunla işləmək istəməyib. Uzun sözün qısası, onunla elə işlədiyi yerdə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında gördüşdük və bütün suallarımıza cavab aldıq.

“Hər şey süni olduğu üçün, futbolumuza janr vermək gülünc görünür”

– Tahir bəy, futbolumuz bir kinorejissorun gözündə necə görünür? Sizin dilinizlə desək hansı janrda olan kinoya bənzəyir?
– Kinoda çox janrlar var. Amma futbolda araşdırırsan, normal janr tapa bilmirsən. Futbola sırf 90 dəqiqə prizmasından yanaşsaq bunlar hamısı boş şeylərdi. Amma kino  təkcə  camaatın saatyarım, iki saat bəyaz pərdə arxasından baxdığı həyat deyil. Kinonun yaşam tərzi, müəyyən prosedur qaydaları var. İdeya, ssenari, çəkiliş, bəyaz pərdə və tamaşaçı. Çox qəribədi ki son 10 ildə FİFA-nın, UEFA-nın, AFFA-nın bayrağı altında keçirilən yarışlarda nəsə qazanmaq istəyirik, amm, bunu süni surətdə edirik. Deməli, biz müəyyən yaşam keçməliyik. Hər şey süni olduğu üçün kinomotoqraflıq baxımından buna janr vermək, gülünc görünür. Amma, ayrı-ayrı komandalarımızın yaşadığı həyata müəyyən janr verə bilərəm.

– Bəs futbolumuzu bu günə qoyanlar kimlərdi?
– Bir müdafiəçi adı çəkirəm, məsələn, Con Terri. Rəşad Sadıqovun ondan nəyi əskikdi? Maldini də eyni məşqi edir, Con Terri də, Rəşad Sadıqov, yaxud, Mahir Şükürov da. Şəraitləri də eynidi. Deməli fərq idarəetmədədi. İnkişafın olmamasının səbəbi bəzi klublarımızın başında duranlardı. Bəziləri, bu işi bacarmadığına görə, bacaranlara maneə törədirlər. Bəzi klubları  idarə edənlər öz yerlərində deyillər. 

– Nə vaxtsa Azərbaycan futbolu haqda film çəkmək istəmisiz və ya istəyərsiz?
– Xeyr, belə fikrim yoxdu, amma, bir arzum var. “Araz Naxçıvan”ın keçmiş qapıçısı olmuş, mərhum SSRİ idman ustası Elxan Babayev haqda film çəkmək istəyirəm. Plan formasında deyə bilmərəm, amma, bunu yaxın vaxtlarda edəcəyimə söz veririəm. İstərdim ki, Naxçıvan Muxtar Respublikasının mərkəzi stadionu gələcəkdə onun adını daşısın. Çünki Elxan səviyyəsində Naxçıvan futboluna xeyir verən, əziyyət çəkən ikinci bir futbolçu yoxdu.

– Bu gün Azərbaycanda “ən yaxşı”, “ən güclü” deyə biləcəyimiz futbolçu var?
– Kamran Ağayevi çox bəyənirəm, yaxşı qapıçıdı. Dostluq etmədiyimə görə onun xasiyyətini və onun futbola sirayət edib-etmədiyini deyə bilmirəm. Amma, səviyyə baxımından, futbolçu xarakterinə görə Avropada oynamağa layiqdi.

– Foqts deyib ki, cari tsikldə, qrupda 3-cü yer tutub “pley-off”a çıxamq istəyirik. İnanırsız buna?
– Foqtsa, sadəcə, bir sualım var. Onu boş ver eee, özün necəsən?

“Onun işsiz olduğunu nəzərə alıb, bu addımı atdım”

– “Araz Naxçıvan”ın yaradılmasında təşəbbüskarlardan olmusuz. Bu proses çətin olub?
– Təşəbbüskar deməyək, bu düzgün çıxmır, istəyənlərdən olmuşam. Lev Tolstoyun bir sözü var: “Yaxşılığın səbəb və nəticəsi güdülməməlidi”. Mən “Araz Naxçıvan”a hər hansı yaxşılıq etməmişəm.  Etmişəmsə də bunun səbəb və nəticəsini güdməmişəm. Bir də belə məsəl var “yaxşılıq edəndə, çalış, qarşındakı səni qısqanmasın”. Naxçıvan ata-baba torpağımdı, kinorejissor kimi yaradıcılığımın 50 faizindən çoxunu ora həsr etmişəm. Futbola çox bağlı adamam, nəzərə alsaq ki, Ələkbər Cəfərovun tələbəsi olmuşam. Futbol oynasam da, futbolçu kimi böyük karyera qurmamışam. 30 ildən çoxdu ki, bu oyuna baxıram. Təsadüf nəticəsində, “Araz Naxçıvan”ın yaradılması xəbəri mənə də çatdı və quruculuqda yaxından iştirak edənlərdən oldum. Sadəcə, mənimlə məsləhətləşdilər və yardımımı əsirgəmədim. Çünki futbol sahəsində müəyyən çərçivəm vardı. Beləcə, Əsgər müəllimi məsləhət gördüm, çünki işsiz idi. Sözün əsl mənasında yaradıcılığımın, həyatımın 8, 9 ayını bu işə sərf etdim. Sevinirəm ki, əziyyətimiz hədər getmədi. İndi klubda olmamağıma baxmayaraq, bunu heç vaxt avtobioqrafiyama yazamayacam. Bu mənim mənəvi borcum idi.

– Niyə məhz Abdullayev?
– Deyə bilmərəm ki, Əsgər müəllimi mən gətrimişəm, onun boynunda haqqım var. Bu ayıb olar. Bunu ömür boyu düşünmərəm. Əsgər müəllim özünəməxsus məşqçidi. Azərbaycanda praqmatik futbolun yaradıcısıdı. Yəni, “mən qol vurmuram, səni də qoymuram vurasan”.  O futbol oynayanda mən ona top atırdım. Bu baxımdan məndən bir dəfə  artıq həyat sürüb. Sadəcə, özlüyümdə araşdırdım, həm də onun işsiz olduğunu nəzərə alıb bu addımı atdım.

– “Araz Naxçıvan”ın yaranmasında xeyli əziyyətiniz olub. Amma oradan ayrılmağınız müəmmalı qalır. Düzdü bunu şəxsi işlərinizlə bağlamışdız. Amma sonradan eşitdik ki, münasibətləriniz pozulub və o sizi klubda görmək istəməyib. Bəlkə nəhayət əsl səbəbi açılqayasız?
– Nəticə olaraq klubdan ayrılmışam. Səbəb isə çox şey ola bilər. Məsələ burasındadı ki, klubun yönəticiliyini başqa cür görmək istəyirdim. Bəlkə də səhv məndədi. Klubda menecer vəzifəsində fəaliyyət göstərirdim. Xarakterim qabarıqdı deyə, yəni, düşündüyüm dilimdədi. Sadəcə, bir məsələ var – harda və necə? Bax burada bir qədər yanıldım. Bəlkə də bilirdilər ki, mən düz deyirəm. Amma düz sözüm bəlkə də onlara xeyir etmirdi. Klubdan ayrılana yaxın yenə də Abdullayevlə söhbətim oldu, onda da sözümüz üst-üstə düşmədi. Belədə hiss etdim ki, münasibətlər yavaş-yavaş pozulur. Məşqçini də qınamaq olmur. O yalnız, “Bəli, baş üstə, əlbəttə ki, düz deyirsiz” sözyləyir. Əsgər müəllimin klubda başqa hüquqi məsuliyyəti yoxdu

– Belə çıxır, rəhbərlik, klubun qurucularından birini nəyinsə və kiminsə ayağına verdi?
– Tarix yaşananlar deyil, yazılanlardı. Bir şeyi unutmayaq ki, mən “Araz Naxçıvan”da tarix yazmamışam, sadəcə, yaşamışam. Mayda medal alanlar tarix yazıb. Bəlkə də kinorejissor olduğum üçün orda qala bilmədim. Çünki kinorejissor ürəklə düşünür, beyinlə yox. Amma klubu idarə edənlər beyinlə düşünür. Ona görə də hər şeydən zövq alan insan kimi orada qala bilməzdim. Bir də ki, bu dünyada əziyyətinə, ürək qoyduğuna görə kim nə qazanıb?

“Bir naxçıvanlı yoxdu ki, çıxıb topa təpik vursun, yaxud “fişka” düzsün?

– Komandanın bugünkü oyunu sizi qane edir?
– İlk gündən demişəm, “Araz Naxçıvan”ın transferində böyük problemlər yarandı. Əsas da bu məsələyə görə 2014-cü ilin yanvarında istefa verib klubdan uzaqlaşdım. Birinci divizionun ilk dövrəsindəki komanda komplektləşmiş idi. Təsəvvür edin 17 oyunda 15 qələbə, bir heç-heçə bir məğlubiyyət oldu. İki yoxlama görüşü, iki qələbə, eyni sayda kubok oyunu və qələbə olub. Bu komandanın heyətin heç dağıdarlar? Sadəcə, iki, üç səviyyəli futbolçu dəvət etməlisən vəssalam! Fasilədən sonra heyəti dağıtdılar. Yüksək-dəstəyə çıxandan sonrasını isə görürsüz. Elitaya çıxmaq asandı, orada oynamaq lazımdı. Məqsədləri nədi? İlk “beşlik”də olmaq? Onda onlara bir sualım var ee, özünüz necəsiz (gülür)? Hamısı boş söhbətlərdi.

– İndiki “Araz Naxçıvan”la birinci diviziondakının fərqi var?
– Özü də çox. O komanda indikini ən azı 3:0 hesabı ilə məğlub edər. Sözün həqiqi mənasında deyirəm, məndən inciməsinlər. Hamısının xətrini çox istəyirəm. Amma yazıqlar nə etsin?

– Sizcə, rəhbərlik niyə kluba çox az maliyyə ayırır?
– Səmimi deyirəm, mən o şeylərdən uzaq olmuşam. Əsgər müəllim ayrılan pula, transfer zamanı nəzarət edə bilər. Amma adamın üzərində Allah var, o belə şeylərdən uzaqdı. Düzdü başqa komandalarda, “Turan”da, “Olimpik”də ola bilər bu işin içindəydi. Amma, Naxçıvanda belə şeylərdən qəti şəkildə uzaqdı. Axı “Araz Naxçıvan” Gənclər və İdman nazirliyinin təsisçiliyi ilə yaranıb. Ona görə də bunu nə siz, nə mən, nə də o bilə bilər.

– Komanda cəmi bir tur normal oynadı. Belə çıxır, biratımlıq barıtdı?
– Neynədi ki?

– “Neftçi”ni məğlub etdi.
– Hansı “Neftçi”ni?

– Heyətində Avropa təcrübəli futbolçular olan “Neftçi”ni.
– Bəs oynamayan oyunçuların adını deyə bilərsiz? “Araz Naxçıvan”, “Koper” və “Çixura” ilə oynayan “Neftçi”ni məğlub edə bilərdi?

– Məncə, xeyr.
– Vəssalam!  Demirəm, uduzacaqlardılar, yaxud, udacaqdılar. Çətin olacaqdı. Biri var, təkcə sizinlə savaşım, biri də var, sizinlə birgə yoldaşlarınız da üstümə gəlsin. Onda külqabıya əl atmağa məcburam.

– “Sumqayıt”la oyundan sonra “Araz Naxçıvan” idarəçilikdən narazı qaldı və bəyənat yaydı. Siz də oyunda idiz, nə düşünürsüz?
– Özlərini kənara çəkmələrini yaxşı qarşılamadım. Onda gərək dünya futbolu dağıla. 3 turdan sonra nə səs-küy salmısız axı? Bəyənatda yazırlar ki, prezidentin qərarı belədi, elədi. Ayıbdı vallah. Prezidentin futbolun inkişafı haqqında sərəncamının Ömər Paşayevin qərarlarına nə aidiyyatı var axı? Penalti verilmədi, futbol qutardı,inkişaf olmadı? Meydandan çəkilmək olmaz. Məncə, bu komandanın içində olan bir qrup avanturist insanların yaydığı məlumatdı. İnanmıram ki, “Araz Naxçıvan”ın rəhbərliyi belə bəyənat yaya.

– Amma klubun prezidenti də çıxış etmişdi…
– Ayıb olar. Bəlkə də kimsə Orxan məllimi qızışdırıb. Bu avantürist bir şeydi. Futbolda adam udar da uduzar da. Futbolun 3 nəticəsi var də. Qarşıda hələ çox oyunla var..

– Halbuki klubdan birinci divizionda bu qədər şikayət eşitmirdik. Yalnız “Neftçala”ya məğlubiyyətdən sonra Fariz Yusifovdan narazılıq etmişdilər.
– (gülür) Qələbələr olanda də insanın gözünə heç nə görünmür. İnsan mükafat alanda sağına soluna baxmır, camaata acıq verir. Ancaq o təpik ki, sənə yüngülvari dəyir ha! Bax o zaman salam əleykim deyirsən.  O zərbə gərək sənə dəyə! Boş versinlər, belə şeylər çox olacaq. Fikrimcə, bu komandanı sıxışdırmırlar. Futbol dünyada yeganə idman növüdü ki, hakimin səhvinə görə oyun təkrarlanmır. 

– Bu komanda Naxçıvan futboluna töhfə verə bilər?
– Yaxın illərdə xeyr. Çünki “18-liy”ə baxsaz, orada bir naxçıvanlı görməzsiz. Hətta məşqçi heyətində belə Naxçıvan kökənli adam yoxdu. Burada hansı töhfədən söhbət gedə bilər? Naxçıvanda 500 min əhali yaşayır onun 100 mini elə şəhərdədi. Üstəlik, 5 min illik şəhər, 50 ilə yaxın futbol tarixi var. Bir naxçıvanlı yoxdu ki, çıxıb topa təpik vursun, yaxud “fişka” düzsün? Əsgər Abdullayevin ucbatından Sakit Rzayev kimi məşqçi Naxçıvanda diqqətdən kənarda qalıb. Buna cavab verəcəksən Əsgər müəllim?

– “Araz Naxçıvan”ın qorxaq futbol sərgilədiyi deyilir…
– Xeyr, bu məşqçidən gələn bir şeydi. Dedim axı, Əsgər müəllim praqmatik futbolun yaradıcısıdı.

– Bu gün daha da irəli getmək üçün komandada nə dəyişməlidi?
– Baş məşqçi. Bu sistemlə premyer-liqada qələbə qazanmaq çətin olacaq. Burda sənin qabağına “Göyəzən”, “Ağsu”, “Mil-Muğan” yox, “Bakı”, “Neftçi”, “Qarabağ” “İnter”, “Xəzər Lənkəran” çıxır.

– Birinci divizionda çempionluq “Araz Naxçıvan”a, müəyyən qədər prestij, maliyyə, hörmət qazandırdı. Bəs sizə nə qazandırdı?
– Yaxşı xərçəng və pivə qonaqlığı, bir də əsəb. Başqa heç nə.

– Bir də nə vaxt çempionluq yaşamağa ümid edirsiz?
– Ümid etmək deyəndə, bunu arzulayıram. Mən Naxçıvanda Maşallah Əhmədovun, İbrahim Rzayevin, Elxan babayevin, Yuri Yarmizinin, Böyükağa Hacıyevin futbolunu görmüşəm, onların futboluyla  yaşamışam. “Kotaiki”, “Lokomotiv” Samtredia, Dinamo Batumi və s. ilə oyunlarını izləmişəm. İndi nədi ki?  Mən “Araz Naxçıvan”ın məğlubiyyətinə acıyacam, qələbəsinə sevinəcəm. Bu il isə “Xəzər Lənkəran”ın çempionluğun istəyirəm.

– Bəs “Araz Naxçıvan”a bu mövsüm üçün hansı proqnozu verərdiz?
– 10 komanda arasında, 7 ya da 8-ci pillə. Daha yuxarı mümkün deyil.

 

“Bəzən siz jurnalistlər, xətir üçün xəstə yatırsız”

– Hər dəfə “Araz Naxçıvan”ın uğursuluğunda media nümayəndələrini də qınayırsız, günahlandırırsız? Bəlkə bunun səbəbini deyəsiz?
– AFFA-ya, PFL-ə, xüsusən də baş katib Elxan Məmmədova hörmətim var. Savadlı oğlandı. Mən demirəm ki, AFFA-da, PFL-də hamı pis işləyir. Söhbət ondan gedir ki, bəzən siz jurnalistlər, necə deyim, xətir üçün xəstə yatırsız. Həyata baxışımı dəyişən iki şəxsiyyət var, jurnalist Qulu Məhərrəmli və diplomat Ramiz Abutalıbov. Onlar heç vaxt xətir üçün xəstə yatmayıblar. Mən də heç vaxt belə etməmişəm. İstər nazir, rəis, general dostum olsun, haqq sözümü deməkdən heç vaxt çəkinməmişəm. Bir müdirim vardı, kinodan başı çıxmırdı. Biz də ağzımıza gələn filmi çəkib verirdik. Sonra hiss etdik ki, inkişafdan qalırıq. Yeni müdir gələndən sonra isə, qorxmağa, çəkinməyə başladıq. Belədə məsuliyyət hiss artdı və filimlərimizi günbəgün yaxşı çəkməyə başladıq. O baxımdan sizdən xahiş edirəm, nə var düzünü deyin.

SƏBUHİ NƏRİMANOĞLU

Son yazılar

To Top