“Lester”in Premyer Liqa çempionluğu gəlirini də xeyli artırıb.
Korner.az-ın məlumatına görə, bu uğur səbəbindən onlar 150 milyon funt-strerlinq (təqribən 220 milyon dollar) gəlir əldə edəcəklər.
Vəsait klubun hesabına mükafatlardan, bilet satışı və Çempionlar Liqasındakı iştirakından daxil olacaq. Həmçinin klubun dünyada azarkeşlərinin sayının və sponsorlarının artması da gəlirə müsbət təsir göstərəcək.
İngiltərə Premyer Liqasının bütün iştirakçılarına hansı yeri tutmağından asılı olmayaraq 54 milyon fund ödənilir. Çempion komanda isə əlavə 25 milyon da qazanır.
Bundan başqa, klub teleyayımdan da gəlir götürür. BBC bildirir ki, “Lester” hər ev oyunundan 880 min funt qazanıb. Komandanın bu mövsüm Premyer Liqadakı 16 ev oyunundan klubun büdcəsinə 14 milyon funt daxil olacaq.
