Çempionlar Liqasında bir ilkə imza atılıb.
Korner.az-ın məlumatına görə, ilk dəfə ÇL-in qrup mərhələsində bir ölkədən beş komanda çıxış edəcək.
Bu, ÇL-in “pley-off” mərhələsində “Monako” – “Valensiya” oyunundan sonra baş verib. İspaniya klubu iki oyunun nəticəsinə (3:1, 1:2) əsasən növbəti mərhələyə yüksəlib.
Bununla da “Valensiya” “Barselona”, “Real”, “Atletiko”, “Sevilya”dan sonra ÇL-in qrup mərhələsində iştirak edəcək 5-ci İspaniya klubu olub. Bu isə sözügedən turnirin tarixində bir ilkdir.
