Voleybol üzrə Çempionlar Liqasında qadınların mübarizəsinə yekun vurulub.
Korner.az-ın məlumatına görə, turnirin finalı ötən gün baş tutub.
Polşada təşkil olunan “Dördlər finalı”nda sevinən tərəf Türkiyənin “Əczaçıbaşı” klubu olub. İlk dəfə qitənin ən nüfuzlu turrinin qalibi adını qazanan qardaş ölkə təmsilçisi həlledici qarşılaşmada İtaliya “Yamamay”ını məğlub edib. Türkiyənin digər təmsilçisi “Vakifbank” 3-cü, meydan sahibi “Ximik” isə 4-cü yeri tutublar.
