Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, sveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 14:45-də başlayıb.
Artıq ilk cütlüklər məlumdu. Türkiyənin "Fənərbağça" klubunun isə püşkdə bəxti gətirməyib. Belə ki, "sarı lavicərdlilər" İngiltərə nəhəngi "Arsenal"a rəqib olub.
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Austriya” (Avstriya)
“Ludoqorets” (Bolqarıstan) – “Bazel” (İsveçrə)
“Viktoriya” (Plzen, Çexiya) – “Maribor” (Sloveniya)
“Şaxtyor” (Qazaxıstan) – “Seltik” (Şotlandiya)
“Styaua” (Rumıniya) – “Legiya” (Polşa)
Çempion olmayanlar
“Lion” (Fransa) – “Real Sosyedad” (İspaniya)
“Şalke” (Almaniya) – “Metallist” (Ukrayna)
“Pasuş Ferreyra” (Portuqaliya) – “Zenit” (Rusiya)
PSV (Hollandiya) – “Milan” (İtaliya)
“Fənərbaxça” (Türkiyə) – “Arsenal” (İngiltərə)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 20-21, cavab matçları isə 1 həftə sonra olacaq.
