Çempionlar Liqasının oyunları təxirə salındı
27.02.2020 , 17:35

Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.
Korner.az xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.
“Seul”, “Ulsan”, “Suvon” və “Çonbuk”un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.
