Çempionlar Liqasının finalında ingilis derbisi
06.05.2021 , 01:35

Bu gün Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Korner.az xəbər verir ki, həlledici görüşdə “Mançester Siti”nin rəqibi “Çelsi” – Real” matçının güclüsü olub.
İlk matçda səfərdə 1:1 hesablı heç-heçə edən London klubu doğma meydanda 2 cavabsız qolla qələbə qazanmaqla finala yüksəlib.
Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)
5 may
23:00. “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 2:0
Qollar: Verner, 28, Mount, 85
İlk oyun – 1:1
