Çempionlar Liqasının finalında keçiriləcək “Real” – “Liverpul” oyununa hakim təyinatları açıqlanıb
Matçı Serbiya Futbol Federasiyasından Milorad Majiç idarə edəcək. Ona Milovan Ristiç və Dalibor Curceviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Klemen Turpen yerinə yetirəcək. Köməkçi hakimlər isə Nenad Cokiç və Danilo Qruiç olacaq.
Qeyd edək ki, “Real” – “Liverpul” görüşü mayın 26-ı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
