Çempionlar Liqasının finalı Türkiyədə
03.06.2021 , 18:44

2022/2023 mövsümündə Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Korner.az xəbər verir ki, həlledici matç Atatürk Olimpiya Stadionunda oynanılacaq.
Son iki mövsümdə həlledici matçın İstanbulda keçirilməsi nəzərdə tutulsa da, koronavirus səbəbindən oyunlara Portuqaliya ev sahibliyi edib.
