Çempionlar liqası

Çempionlar Liqasının finalı ona tapşırıldı

14.05.2019 , 17:50

Çempionlar Liqasının finalı üçün hakim təyinatları açıqlanıb.

“Liverpul” və “Tottenhem” klublarının qarşılaşacağı finalı sloveniyalı hakim Damir Skomina idarə edəcək. Ona həmyerliləri Jure Praprotnik və Robert Vukan yardım edəcək. Dördüncü hakim İspaniyadan Antonio Mateo Laos olacaq.

Xatırladaq ki, final oyunu iyunun 1-də “Vanda Metropolitano” stadionunda olacaq.

Son yazılar

Yuxarı