Çempionlar Liqasının finalı ABŞ-da?
25.04.2023 , 23:25
Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.
UEFA prezidenti Aleksander Çeferin bu barədə Amerika Futbol Federasiyası ilə bağlı danışıqların davam etdiyini bildirib. O, qarşıdakı illərdə ÇL finallarından birini ABŞ-da keçirmək istədiklərini açıqlayıb.
Yerli federasiya Avropanın klublararası ən nüfuzlu turnirinin finalına ev sahibliyi etməklə ölkədə futbola olan marağın artacağını düşünür.
Xatırladaq ki, 2016 dünya çempionatı Amerikada keçiriləcək.
