Çempionlar liqası

Çempionlar Liqasının final oyunları hansı şəhərlərdə keçiriləcək?

25.09.2019 , 20:37

UEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.

Korner.az-nın məlumatına görə, 2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu  Almaniyanın Münhen şəhərində reallaşacaq.

2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən “Uembli” stadionunda baş tutacaq.

2020/2021 mövsümündə Avropa Liqasının finalı İspaniyanın Sevilya şəhərində keçiriləcək. Həmin mövsüm UEFA Super Kubokunun matçını Şimali İrlandiyanın paytaxtı Belfast qəbul edəcək.

Son yazılar

Yuxarı