“Mançester Siti” uduzdu, “Liverpul” yarımfinala yaxınlaşdı
10.04.2019 , 01:00

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
İlk oyun günündə keçirilən iki görüşdə üç İngiltərə klubu meydana çıxıb.
“Liverpul” “Enfild”də “Portu”nu qəbul edib. Rəqibinə 2:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab matçı üçün sərfəli nəticə qazanıblar.
Digər qarşılaşmada isə İngiltərə klubları üz-üzə gəliblər. “Mançester Siti” səfərdə “Tottenhem”in qonağı olub. Görüşün taleyini 1 qol həll edib. Son Xin Minin 79-cu dəqiqədə vurduğu qol London klubuna qələbə qazandırıb.
Komandalar arasında cavab oyunları aprelin 17-də keçiriləcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına sabah keçiriləcək iki görüşlə yekun vurulacaq.
9 aprel
Çempionlar Liqası
1/4 final
23:00.“Liverpul” (İngiltərə) – “Portu (Portuqaliya) – 2:0
Qol: N. Keyta,5 (1:0), R.Firmino, 26 (2:0)
23:00.“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) – 1:0
Qol: S. X. Min, 79
10 aprel
23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)
