Bu mövsüm Çempionlar Liqasında mübarizə aparan klublardan ən bahalı heyətə sahib olanın adı məlum olub.
Korner.az-ın verdiyi məlumata görə, siyahıda ilk iki pillədə İspaniya klubları qərarlaşıb.
“Barselona” təxmini olaraq 587 milyon 300 min avro ilə ÇL-in ən bahalı klubu olub. İkinci sırada isə 571 milyon 500 min avro ilə Madrid “Real”ı qərarlaşıb. “Kral klubu” B qrupundakı rəqibləri “Qalatasaray”, “Yuventus” və “Kopenhagen”in birlikdəki heyətindən (523 milyon 950 min avro) daha yüksək dəyərli heyətə sahibdir.
“Qalatasaray”ın bu mövsümkü heyətinin qiyməti 156 milyon 300 min, “Yuventus”un 343 milyon 100 min, “Kopenhagen”in isə 24 milyon 550 min avro olaraq göstərilib.
