Çempionlar Liqasında yeni rekorda imza atdı
09.12.2020 , 18:22

“Borussiya”nın futbolçusu Yussufa Mukoko Çempionlar Liqasında yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, kamerunlu oyunçu buna VI turda Zenit-lə matçda (2:1) iştirak etməklə nail olub.
16 yaş 18 günlüyündə olan hücumçu qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub və bununla da ÇL tarixinin ən gənc futbolçusu adına yiyələnib.
