Futbol

Çempionlar Liqasında yeni mövsümün təqvimi

20.01.2021 , 13:46

Çempionlar Liqasında 2021/22 mövsümünün təqvimini açıqlanıb.

Korner.az xəbər verir ki, yeni mövsümə iyunun 22-də ilkin mərhələnin yarımfinal oyunları ilə start veriləcək.

Azərbaycan çempionunun mübarizəyə başlayacağı I təsnifat mərhələsinin oyunları 6-7 və 13-14 iyul tarixlərində keçiriləcək.

Qrup mərhələsi 14-15 sentyabrda birinci turun oyunları ilə başlayacaq.

UEFA Çempionlar Liqası
2021/22 mövsümü

İlkin mərhələ
22 iyun: Yarımfinal

25 iyun: Final

6-7 və 13-14 iyul: I təsnifat mərhələsi

20-21 və 27-28 iyul: II təsnifat mərhələsi

3-4 və 10 avqust: III təsnifat mərhələsi

17-18 və 24-25 avqust: pley-off mərhələsi

Qrup mərhələsi

14-15 sentyabr: I tur

28-29 sentyabr: II tur

19-20 oktyabr: III tur

2-3 noyabr: IV tur

23-24 noyabr: V tur

7-8 dekabr: VI tur

Pley-off

2022-ci il

15-16, 22-23 fevral və 8-9, 15-16 mart: 1/8 final mərhələsi

5-6 və 12-13 aprel: 1/4 final mərhələsi

26-27 aprel və 3-4 may: yarımfinal mərhələsi

28 may: Final

Çempionlar Liqasında 2021/22 mövsümünün finalı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Son yazılar

Yuxarı