Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
“Mançester Siti” (İngiltərə)
“Bavariya” (Almaniya)
“Real” (Madrid, İspaniya)
“Atletiko” (Madrid, İspaniya)
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel – 3/4 may tarixlərində keçiriləcək.
