Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə yarımfinal cütlükləri müəyyənləşib.
“Mançester Siti” Madrid “Real”ına, “Atletiko” (Madrid) isə “Bavariya”ya rəqib olub. Final matçında “Mançester Siti” – “Real” cütünün qalibi nominal meydan sahibi olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları 26/27 aprel – 3/4 may tarixlərində keçiriləcək.
Çempionlar Liqasında yarımfinalın cütlükləri:
“Mançester Siti” (İngiltərə) – “Real” (Madrid, İspaniya)
“Atletiko” (Madrid, İspaniya) – “Bavariya” (Almaniya)
Final
“Mançester Siti” (İngiltərə) / “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) / “Bavariya” (Almaniya)
