Çempionlar Liqasının 1/8 mərhələsi çərçivəsində sabah öz meydanında Madrid "Real"ı ilə qarşılaşacaq "Mançester Yunayted"in 40 yaşlı yarımmüdafiəçisi Rayan Giqqs üçün bu oyun əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, "qırmızı şeytan"ların 40 yaşlı futbolçusu Giqqs üçün "kral" klubu ilə oyun 1000-ci matç olacaq. Mançester təmsilçisinin baş məşqçisi Aleks Fergüsson sabahkı oyunda uesli yarımmüdafiəçini meydana buraxacağını bildirib.
1990-cı ildən "Mançester Yunayted" forması geyinən 39 yaşlı futbolçu "qırmızı şeytanlar"ın heyətində 931 matçda iştirak edib, 168 qol vurub.