Çempionlar Liqasında sonuncu yarımfinalçı bəlli oldu
16.08.2020 , 01:12
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinə yekun vurulub
Portuqaliyadakı “Joze Alvalade” stadionunda keçirilən son görüşdə “Mançester Siti” “Lion”a məğlub olub – 1:3.
“Lion” yarımfinalda “Bavariya” ilə qarşılaşacaq.
Buna qədər PSJ, “Leypsiq” və “Bavariya” növbəti mərhələyə vəsiqə qazanıb.
Çempionlar Liqası
1/4 final
15 avqust
23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) – 1:3