“Mançester Yunayted”dən qələbə, “Başakşəhər”dən məğlubiyyət
21.10.2020 , 00:56

Bu gün UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qrup mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının oyunları keçirilib.
G qrupu çərçivəsində “Yuventus” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda “Barselona” Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib 5:1 hesablı qələbə qazanıb.
Günün maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan PSJ və “Mançester Yunayted” Parisdə üz-üzə gəlib. Meydan sahibləri görüşdə məğlub olub – 1:2.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” isə səfərdə “Leypsiq”ə 0:2 hesabı ilə məğlub olub.
Qrup mərhələsinin digər oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
20 oktyabr
F qrupu
20:55 Zenit (Rusiya) – Brügge (Belçika) – 1:2
Qollar: Lovren, 74 – Dennis, 63, De Ketelaere, 90+3
23:00 Latsio (İtaliya) – Borussiya (Dortmund, Almaniya) – 3:1
Qollar: İmmobile, 6, Hits, 23 (öz qapısına), Akpa Akpro, 76 – Holand, 71
G qrupu
20:55 Dinamo (Kiyev, Ukrayna) – Yuventus (İtaliya) – 0:2
Qollar: Alvaro Morata, 46, 84
23:00 Barselona (İspaniya) – Ferentsvaroş (Macarıstan) – 5:1
Qollar: Messi, 27 (pen.), Fati, 42, Koutinyo, 52, Pedri, 82, dembele, 89 – Xaratin, 70 (pen.)
Qırmızı vərəqə: Pike, 68 (“Barselona”)
E qrupu
23:00 Renn (Fransa) – Krasnodar (Fransa) – 1:1
Qollar: Quirassi, 56 (pen.) – Ramirez, 59
23:00 Çelsi (İngiltərə) – Sevilya (İspaniya) – 0:0
H qrupu
23:00 PSJ (Fransa) – Mançester Yunayted (İngiltərə) – 1:2
Qollar: Marsyal, 55 (öz qapısına) – Fernandeş, 23 (pen.), Reşford, 87
23:00 Leyptsiq (Almaniya) – Başakşəhər (Türkiyə) – 2:0
Qollar: Anxelino, 16, 20
