Futbol

Çempionlar Liqasında qrup mərhələsi ləğv edildi

19.04.2021 , 17:20

UEFA İcraiyyə Komitəsi Çempionlar Liqasının yeni formatını müzakirə edib.

Korner.az xəbər verir ki, 2024/25 mövsümündən etibarən ÇL-də 36 komandanın iştirakı təsdiqlənib. Oynadığı liqada Çempionlar Liqasına yüksəlməyən, ancaq Çempionlar Liqasında ciddi nəticələr qazanmış 2 klub “Wild Card” ilə qruplara vəsiqə qazanacaq.

18 klub 2 qrupa ayrılacaq və qruplarda hər komanda 5 ev və 5 səfər matçı keçirəcək. 10 oyunun nəticəsinə əsasən, turnir cədvəli müəyyənləşdiriləcək. İlk 8 yerin sahibi növbəti mərhələyə yüksələcək. Digər 8 komanda arasında pley-off oyunları baş tutacaq. Qaliblər növbəti raunda, məğlublar isə Avropa Liqasına yollanacaq.

ÇL-də son 16 komandanın qalmasından sonra turnir ənənəvi formatda davam etdiriləcək.

Son yazılar

Yuxarı