Çempionlar Liqasında pley-offun ilk oyunları keçirildi
23.08.2018 , 09:41

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.
Bu gün daha 3 qarşılaşma keçirilib.
“Ayaks” öz meydanında Kiyev “Dinamo”su ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
“Videoton” doğma divarlar arasında AEK-lə üz-üzə gəlib. Görük Afina klubunun 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
“Yanq Boyz” Zaqreb “Dinamo”sunu qəbul edib. Bu matçda qalib bəlli olmayıb – 1:1.
22 avqust
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
“Ayaks” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) – 3:1
“Videoton” (Macarıstan) – AEK (Yunanıstan) – 1:2
“Yanq Boyz” (İsveçrə) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1
21 avqust
BATE (Belarus) – PSV (Hollandiya) – 2:3
“Benfika” (Portuqaliya) – PAOK (Yunanıstan) – 1:1
“Srvena Zvezda” (Serbiya) – “Zalsburq” (Avstriya) – 0:0
