Çempionlar Liqasında pley-off mərhələsi
21.08.2019 , 16:31

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha üç matçı keçiriləcək.
Korner.az xəbər verir ki, ikinci oyun günündə III təsnifat mərhələsində Portuqaliya “Portu”sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar klubu Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz”un müqavimətini qırmağa çalışacaq. Xorvatiya “Dinamo”su isə Norveçin “Rusenborq” komandasını qəbul edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Rusenborq” (Norveç)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Krasnodar” (Rusiya)
