BATE PSV-yə son dəqiqə qolu ilə uduzdu, “Benfika” PAOK-la heç-heçə etdi
22.08.2018 , 08:35

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. İlk oyun günündə 3 görüş keçirilib.
“Qarabağ”ı ÇL-dən kənarlaşdıran Belarusun BATE komandası evdə Hollandiyanın PSV klubu ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb.
“Benfika” PAOK-u qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Digər oyunda isə “Srvena Zvezda” (Serbiya) evdə Avstriyanın “Zalsburq” komandasını qəbul edib. Bu matçda da tərəflər “sülh”ə razılaşıblar – 0:0.
Digər 3 pley-off oyunu bu gün baş tutacaq.
21 avqust
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
BATE (Belarus) – PSV (Hollandiya) – 2:3
Qollar: Tuominen, 9, Aleksandr Qleb, 88 – Qaston Pereyra, 35 (pen.), İrvinq Losano, 61, Donyell Malen, 89
“Benfika” (Portuqaliya) – PAOK (Yunanıstan) – 1:1
Qollar: Pitsi, 45 (pen.) – Varda, 76
“Srvena Zvezda” (Serbiya) – “Zalsburq” (Avstriya) – 0:0
