Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə iki oyun keçiriləcək.
Belçikada "Gent"ə qalib gələn Almaniyanın "Volfsburq" klubu öz meydanında sərfəli nəticə qazanmaqla mərhələ adlamaq niyyətindədi.
İtaliyanın "Roma" klubunun işi isə olduqca çətindi. Öz meydanında "Real"a 2 cavabsız qolla məğlub olan "canavarlar" minimum eyni hesabla madridlilərə qalib gəlməklə növbəti tur iddiasını reallaşdıra bilər.
Qeyd edək ki, sabah 1/8 finalın daha iki oyunu keçiriləcək.
8 mart
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
23:45. "Real" (Madrid, İspaniya) – "Roma" (İtaliya)
İlk oyun – 2:0
23:45. "Volfsburq" (Almaniya) – "Gent" (Belçika)
İlk oyun – 3:2
