“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı
26.08.2020 , 01:12
Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Albaniya təmsilçisi “Tirana” Serbiyanın “Srvena Zvezda” klubunu qəbul edib. 1:0 hesabı ilə qələbə qazanan Belqrad təmsilçisi III mərhələyə adlayıb.
Digər matçda isə Türkiyənin “Beşiktaş” klubu səfərdə Yunanıstanın PAOK klubuna 1:3 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb. İstanbul təmsilçisi çıxışını Avropa Liqasında davam etdirəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
25 avqust
“Tirana” (Albaniya) – “Srvena Zvezda” (Serbiya) – 0:1
Qol: Tomane, 62
PAOK (Yunanıstan) – “Beşiktaş” (Türkiyə) – 3:1
Qollar:Kristos Solis, 7, 24, Dimitrios Pelkas, 30 – Kayl Larin, 37