Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, bu axşam Azərbaycan çempionu “Qarabağ”ın “Düdelanj”la oyunu ilə yanaşı, daha 9 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Zrinski” (Bosniya və Herseqovina) evdə “Legiya” (Polşa) ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
II təsnifat mərhələsinin cavab oyunları iyulun 19 və 20-də keçiriləcək.
12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
20:30. “Zrinski” (Bosniya və Herseqovina) – “Legiya” (Polşa)
21:00. “Dinamo” (Tiflis, Gürcüstan) – “Alaşkert” (Ermənistan)
21:00. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
21:50. “Hapoel” (Beyer-Şeva, İsrail) – “Şerif” (Moldova)
22:00. BATE (Belarus) – SJK (Finlandiya)
22:00. “Linkoln” (Cəbəllütariq) – “Seltik” (Şotlandiya)
22:00. TNS (Uels) – APOEL (Kipr)
22:00. “Valletta” (Malta) – “Srvena Zvezda” (Serbiya)
22:30. “Zalsburq” (Avstriya) – “Liepaya” (Latviya)
22:45. “Vardar” (Makedoniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
13 iyul
21:15. “Rusenborq” (Norveç) – “Norçepinq” (İsveç)
21:15. “Jalgiris” (Litva) – “Astana” (Qazaxıstan)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Mladost” (Monteneqro)
22:00. “Kruzaders” (Şimali İrlandiya) – “Kopenhagen” (Danimarka)
22:00. “Partizani” (Albaniya) – “Ferensvaroş” (Macarıstan)
22:45. “Dandalk” (İrlandiya) – “Hafnarfyorfur” (İslandiya)
22:30. “Olimpiya” (Sloveniya) – “Trençin” (Slovakiya)
