Çempionlar Liqasında həftənin ən yaxşısı
16.04.2021 , 16:51
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu PSJ-nin hücumçusu Neymardır.
Braziliyalı hücumçu komandasının “Bavariya”ya 0:1 hesabıyla məğlub olduğu oyunda 3 dəfə qapıya dəqiq zərbə endirib.
Ən yaxşı oyunçu adına Neymarla yanaşı, İlkay Gündoğan (“Mançester Siti”), Karlos Kasemiro (“Real”), Kristian Pulişiç (“Çelsi”) də namizəd idi.