Çempionlar Liqasında həftənin rəmzi komandası
06.05.2021 , 17:23

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Korner.az xəbər verir ki, rəmzi heyətdə “Çelsi”dən 7 futbolçu yer alıb.
Qapıçı: Eduar Mendi (“Çelsi”)
Müdafiəçilər: Kayl Uolker, Ruben Dias (hər ikisi “Mançester Siti”), Sezar Aspilikueta, Tyaqo Silva, Ben Çiluel (hər üçü “Çelsi”)
Yarımmüdafiəçilər: Riyad Mahrez, Fil Foden (hər ikisi “Mançester Siti”), Kay Haverts, Meyson Maunt (hər ikisi “Çelsi”)
Hücumçu: Timo Verner (“Çelsi”)
