Çempionlar Liqasında həftənin futbolçusu məlum oldu
15.02.2019 , 16:46

Çempionlar Liqasında qrup 1/8 final mərhələsinin ilk dörd oyunundan sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Azarkeşlər arasında səsverməyə əsasən, “Tottenhem”in müdafiəçisi Yan Vertonqen ən yaxşı oyunçu seçilib.
Belçikalı futbolçu Dortmund “Borussiya”sı ilə qarşılaşmada (3:0) bir qol vurub.
