Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçuları müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Barselona”nın forvardı Luis Suares həftənin ən yaxşısı seçilib.
“Atletiko” (Madrid) ilə görüşdə (2:1) dubl etməklə komandasına qələbə qazandıran uruqvaylı futbolçu azarkeşlərin 51 faiz səsini toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Yulian Draksler (“Volfsburq”) 19 faizlə ikinci, Artur Vidal (“Bavariya”) 16 faizlə üçüncü olub. PSJ-nin forvardı Zlatan İbrahimoviç isə 14 faizlə dördüncü yerlə kifayətlənib.
