Çempionlar Liqasında həftənin ən yaxşısı
17.02.2023 , 19:25

Çempionlar Liqasının 1/8 final mərhələsinin 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Korner.az xəbər verir ki, bu “Benfika”nın yarımmüdafiəçisi Fredrik Eursnesdir.
28 yaşlı futbolçu Dortmund “Borussiya”sından Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və “Milan”dan Rafael Leaonu üstələyib.
Fredrik “Brügge” ilə matça (2:0) start heyətdə başlayıb və sonadək oynayıb.
