Çempionlar Liqasında həftənin ən yaxşısı
04.12.2020 , 17:25

Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “Çelsi”nin hücumçusu Olivye Jirudur.
O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə “Başakşəhər”dən İrfan Kahveci, “Zalsburq”dan Merqim Beriş və “İnter”dən Rumelu Lukakunu qabaqlayıb.
