Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu
26.10.2018 , 16:49

Çempionlar Liqasında 3-cü turun ən yaxşı futbolçusu müəyyənləşib
Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Roma”nın hücumçusu Edin Dzeko ən yaxşı adına layiq görülüb.
Rusiya SSKA-nın qapısından 2 top keçirən bosniyalı forvard Məhamməd Salah (“Liverpul”), David Silva (“Mançester Siti”) və Əşrəf Hakimini (“Borussiya” (Dortmund)) qabaqlayıb.
Qeyd edək ki, “Roma” SSKA-nı 3:0 hesabı ilə məğlub edib.
