“Real” Çempionlar Liqasının qalibi oldu
02.06.2024 , 01:00

Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub.
Korner.az xəbər verir ki, final matçında İspaniyanın “Real” və Almaniyanın “Borussiya” (Dortmund) klubları üz-üzə gəlib.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matçda Madrid klubu 2:0 hesablı qələbə qazanıb. Bununla da “Real” 15-ci dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar.
1 iyun
UEFA Çempionlar Liqası
Final
23:00 “Borussiya” Dortmund (Almaniya) – “Real” (İspaniya) – 0:2
Qollar: Dani Karvahal, 74, Vinisius Junior, 83,
Baş hakim: Slavko Vinçiç (Slovakiya)
London. “Uembli” stadionu
