UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun rəmzi komandasını elan edib.
Korner.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Huqo Lloris (“Tottenhem”)
Müdafiəçilər: Cibril Sidibe (“Monako”), Leonardo Bonuççi (“Yuventus”), Rafael (“Lion”)
Yarımmüdafiəçilər: Sindzi Kaqava (“Borussiya” Dortmund), Rikardo Kuarejma (“Beşiktaş”), Klaudio Markizio (“Yuventus”), Kristian Noboa (“Rostov”)
Hücumçular: Marko Roys, Usman Dembele (hər ikisi “Borussiya” Dortmund), Eduardo Salvio (“Benfika”)
