Çempionlar Liqasında 10 il sonra ilk dəfə 4 ingilis klubu
14.03.2019 , 12:20

Çempionlar Liqasının 2018/2019-cu il mövsümü İngiltərə klubları üçün düşərli olub.
Belə ki, bu il turnirin 1/4 final mərhələsində mübarizə aparacaq 8 klubdan 4-ü İngiltərəni təmsil edir. Belə bir hadisə sonuncu dəfə 2008-2009-cu il mövsümünə təsadüf edir. Həmin il “Barselona” finalda “Mançster Yunayted” klubunu məğlub edərək Çempionlar Liqasının kubokunu qazanmışdı.
Qeyd edək ki, 1/4 finalın püşaatma mərasimi martın 15-i keçiriləcək.
