“Liverpul” “Bavariya”nı məğlub etdi, “Barselona” növbəti mərhələdə
14.03.2019 , 03:12

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Keçirilən iki oyunla sonuncu 1/4 finalçılar müəyyənləşib.
“Barselona” evdə ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi “Lion”u qəbul edib. Oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Bu nəticə katalonları 1/4 finala yüksəldib.
“Bayern” isə evdə “Liverpul”la qarşılaşıb. Qonaqlar Münhen klubuna 3:1 hesabı ilə qalib gəlib. İlk oyun 0:0 hesabı ilə başa çatdığı üçün “Liverpul” 1/4 finala adlayıb.
Çempionlar Liqası
1/8 finalın cavab oyunları
13 mart
“Barselona” – “Lion” – 5:1
Qollar: Lionel Messi, 18, (pen.), 78, Filippe Koutinyo, 31, Jerar Pike, 81, Usman Dembele, 86 – Luka Tuzar, 58
İlk oyun – 0:0
“Bayern” – “Liverpul” – 1:3
Qollar: Joel Matip, 39 (avtoqol) – Sadio Mane, 26, 84, Vircil van Deyk, 69
İlk oyun – 0:0
