Çempionlar Liqasında 1/4 və 1/2 finalın püşkü atıldı
15.03.2019 , 15:28

Bu gün Çempionlar Liqasında 2018/2019 mövsümünün 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərindəki tədbirdə 1/4 mərhələsinin cütlükləri artıq müəyyənləşib.
Mərasimdə həmçinin iyunun 1-də Madriddəki “Vanda Metropolitano” stadionunda keçiriləcək final matçının nominal meydan sahibi də müəyyənləşəcək.
Çempionlar Liqası
1/4 final mərhələsi
“Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)
“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)
“Tottenhem” (İngiltərə) – “Mançester Siti” (İngiltərə)
“Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
1/2 finalda mərhələsində qarşılaşacaqlar
“Tottenhem” – “Mançester Siti” / “Ayaks” – “Yuventus”
“Barselona” – “Mançester Yunayted” / “Liverpul” – “Portu”
Qeyd edək ki, 1/4 final mərhələsində ilk oyunlar aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də keçiriləcək. Yarımfinalda isə ilk görüşlər 30 aprel-1 may, cavab matçları isə 7-8 may tarixlərində olacaq.
