Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı
10.07.2020 , 16:15

Çempionlar Liqasının 1/4 finalla yarımfinalın püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 14:00-da başlayıb.
“Atalanta” (İtaliya), “Atletiko” (İspaniya), “Leypsiq” (Almaniya) və PSJ (Fransa) klubları 1/4 finalda iştirakı məlum olan komandalardı.
Koronavirusa görə təxirə salınan “Napoli”- “Barselona” (1:1), “Çelsi” – “Bavariya” (0:3), “Real” – “Mançester Siti” (1: 2) və “Lion – “Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları avqustun 7-8-də keçiriləcək.
1/4 final mərhələsinin oyunları avqustun 12-15-də, yarımfinal görüşləri avqustun 18-19-da Portuqaliyada keçiriləcək. ÇL-in finalı avqustun 23-ü Lissabonda baş tutacaq.
Çempionlar Liqası
1/4 final
“Mançester Siti” / “Real” (Madrid) – “Yuventus” / “Lion”
“Leypsiq” – “Atletiko” (Madrid)
“Napoli” / “Barselona” – “Çelsi” / “Bavariya”
“Atalanta” – PSJ
Yarımfinal
“Mançester Siti” / “Real” (Madrid) – “Yuventus” / “Lion” – “Napoli” / “Barselona” – “Çelsi” / “Bavariya”
“Leypsiq” – “Atletiko” (Madrid) – “Atalanta” – PSJ
