Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
1/4 finalda İspaniya 3, Almaniya 2, İngiltərə, Portuqaliya və Fransa isə hərəyə 1 klubla təmsil olunur. Bu mərhələdə eyni ölkədən komandalar bir-biri ilə qarşılaşa biləcək.
Çempionlar Liqasında 1/4 finalın iştirakçıları:
“Atletiko” (Madrid, İspaniya), “Benfika” (Portuqaliya), “Mançester Siti” (İngiltərə), PSJ (Fransa), “Real” (Madrid, İspaniya), “Volfsburq” (Almaniya), “Barselona” (İspaniya) və “Bavariya” (Almaniya).
