Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkdə aşağıdakı komandalar iştirak edəcək:
"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Volfsburq" (Almaniya), "Barselona" (İspaniya) və "Bavariya" (Almaniya).
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın oyunları 5/6 və 12/13 aprel tarixlərində keçiriləcək.
