Futbol üzrə Türkiyə çempionu “Qalatasaray” 2013-2014-cü il mövsümündə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkü zamanı 3-cü torbada yer alacaq. Bu, “Napoli”nin İtaliya çempionatında 2-ci yeri təmin etməsindən sonra dəqiqləşib.
“Qalatasaray” ÇL-ə vəsiqəni təmin etmiş komandalardan 8-cisini də UEFA reytinqində keçməyi bacarıb və 4-cü torbada yer alma ehtimalını aradan qaldırıb.
Digər tərəfdən, “Atletiko” İspaniya çempionatında “Selta”nı yenərək, 3-cü yeri və ÇL-in qrup mərhələsinə birbaşa vəsiqəni təmin edib. Bu isə o deməkdir ki, Madrid təmsilçisinin forması üzərindəki “Land of Fire Azerbaijan” reklamı ən nüfuzlu klub turnirində də nümayiş etdiriləcək. “Atletiko”nun bu nəticəsi həm də “Qalatasaray”ın 2-ci torbada yer almaq üçün riyazi şanslarının da üstündən xətt çəkib (lent.az).