Bu gün UEFA Çempionlar Liqasında 1/8 final oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, qitənin ən güclü klub turnirinin bu mərhələsinin ilk oyun günündə iki qarşılaşma baş tutub.
PSJ İspaniyada "Valensiya"nın qonağı olub. İlk hissədə iki qol vuran Paris təmsilçisi sona iki dəqiqə qamış qapısında qol görüb. Bu azmış kimi, İbrahimoviç 2-ci artırma dəqiqəsində kobud oyuna görə meydandan qovulub.
İtaliyanın "Yuventus" klubu isə səfərdə Şotlandiya "Seltik"i ilə qarşılaşıb. Turin təmsilçisi meydan sahiblərinə heç bir şans verməyib.
Bu mərhələnin digər iki qarşılaşması fevralın 13-də, daha dörd oyunu isə fevralın 19 və 20-də baş tutacaq.
Çempionlar Liqası. 1/8 final, ilk oyunlar
12 fevral
12 fevral
23.45. “Valensiya” (İspaniya) – PSJ (Fransa) – 1:2
Qollar: Rami, 90, Lavezzi, 10, Pastore 42
23.45. “Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) – 0:3
Qollar: Alberto Malyenko, 3, Markisio, 77, Vuçiniç, 83
13 fevral
“Real” (İspaniya) – “Mançester Yunaytes” (İngiltərə)
“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya)
19 fevral
“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya)
“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
20 fevral
“Milan” (İtaliya) – “Barselona” (İspaniya)
“Qalatasaray” (Türkiyə) – “Şalke 04” (Almaniya)
Bütün oyunlar Bakı vaxtı ilə saat 23.45-də başlanacaq.