“Monako”nu mübarizədən kənarlaşdıran “Yuventus” tarixində 9-cu dəfə finala yüksəlib.
Korner.az-ın məlumatına görə, Turin klubu bu göstəricidə Avropanın 4-cüsü adının tək sahibinə çevrilib.
“Ağ-qaralar” yalnız “Real”, “Milan” və “Bavariya”dan geri qalırlar. “Kral klubu” 15-ci finalının astanasındadısa, Milanın eyniadlı təmsilçisi 11, Münhen təmsilçisi 10 dəfə həlledici oyuna çıxıb.
