Futbol

Çempionlar Liqası: “Real” və “Mançester Siti” yarımfinalda

15.04.2021 , 01:48

Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşib.

1/4 finalın ilk oyununda Madriddə “Liverpul”a 3:1 hesabı ilə qalib gələn “Real” səfərdə üstünlüyü qorumağı bacarıb. Matçda hesab açılmayıb və “kral klubu” yarımfinala yüksəlib.

1 həftə öncə “Mançester Siti”yə İngiltərədə 1:2 hesabı ilə uduzan “Borussiya” isə Dortmundda geridönüş etməyi bacarmayıb. İngilislər səfərdə də eyni hesabla qələbə qazanıb.

Ötən gecə PSJ və “Çelsi” növbəti mərhələyə adlayıb.

Çempionlar Liqası
1/4 final (cavab oyunları)

14 aprel

23:00. “Borussiya” Dortmund (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:2
Qollar: Bellinqem, 15 – Mahrez, 55, Foden, 75
İlk oyun – 1:2

23:00. “Liverpul” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 0:0
İlk oyun – 1:3

Son yazılar

Yuxarı