Bu gün Çempionlar Liqasında II tura yekun vurulacaq. Korner.az-ın məlumatına görə, son oyun günündə daha 8 qarşıılaşma baş tutacaq.
A qrupu Kiyevdə “Dinamo” (Ukrayna) Zaqreb “Dinamo”sunu (Xorvatiya) qonaq edəcək. Portuqaliyada "Portu" Fransanın PSJ klubunu sınağa çəkəcək.
B qrupu Almaniyada "Şalke" son Fransa çempionu “Monpelye” ilə münasibətlərə aydınlıq gətirəcək. Qrupun digər oyunun da İngiltərə də "Arsenal" Yunanıstan təmsilçisi "Olimpiakos"u sınağa çəkəcək.
C qrupunda "Zenit" heç də yaxşı günlərini yaşamayan İtaliya nəhəngi "Milan"ı qonaq edəcək. Belçikada "Anderlext" "Malqa"nı məğlub etməyə çalışacaq.
D qrupunda “Mançester Siti" öz meydanında iki ildi Almaniyada ard-arda çempion olan “Borussiya Dortmund”u qonaq edəcək. Qrupun digər oyunu "Ayaks" və "Real" (Madrid) arasında baş tutacaq.
3 oktyabr
A qrupu
“Dinamo” (Ukrayna) – “Dinamo” (Xorvatiya)
“Portu” (Portuqaliya) – PSJ (Fransa)
B qrupu
“Şalke” (Almaniya) – “Monpelye” (Fransa)
“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
C qrupu
“Zenit” (Rusiya) – “Milan” (İtaliya)
“Anderlext” (Belçika) – “Malaqa” (İspaniya)
D qrupu
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Almaniya)
“Ayaks” (Hollandiya) – “Real” (İspaniya)
