“Real” “Çelsi” ilə heç-heçəyə razılaşdı
28.04.2021 , 01:00
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Korner.az xəbər verir ki, bu gün bir qarşılaşma keçirilib. İspaniyanın “Real” komandası doğma meydanda İngiltərə “Çelsi”sini qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Yarımfinalın digər görüşü sabah keçiriləcək. Fransa PSJ-si doğma meydanda “Mançester Siti”ni (İngiltərə) qəbul edəcək.
Çempionlar Liqası, yarımfinal mərhələsi, ilk oyunlar
27 aprel
23:00 Real (İspaniya) – Çelsi (İngiltərə) – 1:1
Baş hakim: Danni Makkeli (Niderland)
28 aprel
23:00 PSJ (Fransa) – Mançester Siti (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
